"Qəbələ"nin futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, buna səbəb Kiryat-Şmona təmsilçisinin bu transferdən imtina etməsidir.
"Sport5.co.il" saytının yaydığı xəbərə görə, tərəflər bir müddət öncə keçidlə bağlı razılıq əldə etsələr də, artıq danışıqlar prosesi dayandırılıb. Klub rəhbərliyi koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən qış fasiləsində əcnəbi oyunçu transfer etməməyi qərara alıb.
Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.
Fanat.Az