Şimali Makedoniya klubu "Vardar"ın futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu haqda yerli mətbuat yazıb.
30 yaşlı yarımmüdafiəçi "Səbail"in maraq dairəsindədi. Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun "dənizçilər"lə müqavilə bağlama ehtimalının yüksək olduğu bilidirlib.
Naydenov daha əvvəl ölkəsinin "Horizont", "Miravçi", "Rabotniçki", Misirin "Smuha", İranın "İstiqlal" və Albaniyanın "Laçi" klublarında çıxış edib. FUTBOL
Fanat.Az