"Zenit” qadınlardan ibarət Azərbaycan millisinin üzvü Jalə Məhsimova ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Təcrübəli müdafiəçi ötən ilin yayından Sankt-Peterburq təmsilçisində çıxış edir.
Qeyd edək ki, Jalə Məhsimova daha əvvəl Rusiyada "Torpedo”, Azərbaycanda isə "Sumqayıt", "Səbail” və "Uğur” klublarının formasını geyinib.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol