"Sumqayıt"ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi artıq Azərbaycana gəlib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanacaq.
Haqverdi son olaraq ölkəsinin "Paykan" klubunda çıxış edib.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.
Fanat.Az