"Çelsi" koronavirusun yayılması fonunda klubun akademiyasının fəaliyyətini müvəqqəti dayandırıb.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, akademiyada 20 koronavirusa yoluxma halı aşkarlanıb. Klub akademiyanın oyunçularına və məşqçilərinə evdə qalmaları barədə məlumat verib.
"Çelsi" akademiyasının futbolçuları bu həftə ərzində evlərində məşq edəcəklər.