"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını bərpa edib.
Fanat.Az xəbər verir ki, bu barədə 32 yaşlı cinah oyunçusu özü məlumat verib.
"Haititempo" nəşrinə danışan Gerye yığmadan uzaqlaşmasının səbəblərindən və 2021-ci ildəki hədəflərindən də söz açıb: "Haiti hökumətində çalışan birisi ilə futbol federasiyasının bəzi rəhbər şəxsləri barədə yaşanan problemlərimdən danışdım. Bir neçə həftə əvvəl mənə dedi ki, bu insanlar artıq orada yoxdur və yenidən yığmaya qayıda bilərəm. Çünki ölkənin mənə ehtiyacı var. Ona dedim ki, bu barədə həyat yoldaşımla danışmalıyam. Hökumət rəsmisi cavab verdi ki, mən Haitən bir səfirəm və geri qayıtmalıyam. Həmin şəxslərin Haiti Futbol Federasiyasında olmadığını nəzərə alsaq, artıq yığmaya qayıtdığımı deyə bilərəm".
Təcrübəli oyunçu 2021-ci ildəki hədəflərindən danışarkən bunları söyləyib: "Klubumla çempionluq qazanmaq və Haiti yığması ilə dünya çempionatının final mərhələsinə yüksəlmək niyyətindəyəm. DÇ-2022-də oynamaq istəyirəm".
Qeyd edək ki, Donald Gerye 2020-ci ilin avqustunda yığmadakı karyerasını başa vurduğunu açıqlamışdı.
Fanat.Az