Türkiyənin "Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub PSV-nin mərkəz müdafiəçisi Derrik Lukkasseni transfer edib. 25 yaşlı niderlandlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
"Kasımpaşa” öz futbolçularından Ahmet Oğuz ilə də yollarını ayırıb. 27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Fanat.Az