Türkiyənin "Başakşəhər” klubu yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstanbul klubu "Milan”ın braziliyalı müdafiəçini Leonardo Duarteni heyətinə qatıb. Türklər onu satın almaq şərti ilə 1.5 illik icarəyə götürüb.
Qeyd edək ki, Duarte bu mövsüm "Milan”la 3 oyuna çıxıb. 24 yaşlı müdafiəçi 2019-cu ilin yayından "qırmızı-qaralar”ın formasını geyinir.
Fanat.Az