"Arsenal"ın futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi uşaqlıq illərində azarkeşlik etdiyi klubun adını açıqlayıb.
Özil Almaniyada yaşayarkən "Fənərbağça"ya azarkeşlik etdiyini bildirib: "Almaniyada hər bir türk ölkənin hansısa komandasını dəstəkləyir. Mənim komandam "Fənərbağça" idi. Klub "Real"a bənzəyir, ölkənin ən böyük klubudur".
Təcrübəli futbolçu karyerasını başa vurmamışdan əvvəl iki ölkədə oynamaq istədiyini vurğulayıb: "Türkiyə və ABŞ-da oynamaq niyyətindəyəm. Türkiyəyə getsəm, sadəcə "Fənərbağça"da oynayacağam".
Qeyd edək ki, Türkiyə mətbuatı Mesut Özilin "Fənərbağça" ilə anlaşdığını yazıb. Onun "Arsenal" klubu ilə müqaviləsi yayda başa çatır.