Futbol üzrə milli komandamızın məşqçisi Benito Karbonenin xəyalı İngiltərədə işləməkdir.
Fanat.Az xəbər verir ki, baş məşqçi Canni De Byazinin köməkçisi olan 50 yaşlı mütəxəssis bu barədə Britaniya mətbuatına müsahibəsində danışıb.
İtaliyalı məşqçi sabiq klubu "Bredford”a qayıtmaq ehtimalının olduğunu da bildirib: "Bəlkə də, bir gün ola bilər. "Bredford” mənim üçün xüsusi klubdur. Xəyalım İngiltərəyə məşqçi kimi qayıtmaqdır”.
Qeyd edək ki, AFFA Canni De Byazi və köməkçiləri ilə 1.5 illik müqavilə imzalayıb.
Fanat.Az