Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununu keçirəcəyi stadion müəyyənləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan - Serbiya qarşılaşması martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan seçmə mərhələnin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla mübarizə aparacaq. Həmçinin bu qrupda mundialn ev sahibi Qətər millisini də müsabiqədənkənar iştirak edəcək.