10:41 20.01.2021 736

"Sumqayıt"dan ayrılan futbolçu: "Bakıya yük gəmisi ilə getmişdim"

"Belə qərara gəldik ki, yollarımızı qarşılıqlı razılıq əsasında ayıraq".

Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt"ın sabiq futbolçusu Kərəm Sultanov "sports.kz" nəşrinə müsahibəsində "gənclik şəhəri" təmsilçisi ilə vidalaşması barədə danışarkən deyib.

25 yaşlı müdafiəçi bildirib ki, müqaviləni pozmağı ona klub təklif edib: "Yeni ildən sonra Qazaxıstana getmək problemli idi. Çünki həm bizdə, həm də Azərbaycanda məhdudiyyətlər var. Klubdan dedilər ki, problemi yerindəcə özün həll et. Mən necə həll edim?! Müəyyən vaxtdan sonra isə sözləşməni pozmağı təklif etdilər".

Cari mövsümün əvvəlində "Sumqayıt"la 2 illik müqavilə imzalayan futbolçu komandadan təzminatsız ayrıldığını söyləyib: "Heç kimin heç kimə borcu qalmadı".

Sultanov "Sumqayıt"la vidalaşamasının artıq çəki ilə bağlı olmadığını vurğulayıb: "Düzdür, sürətlə kökəlirəm. Burada koronavirus problemi də rol oynadı. Amma Azərbaycana gələn kimi normal məşq etməyə başladım, dərhal çəki atdım".

Premyer Liqa təmsilçisinə keçidi barədə da danışan müdafiəçi Azərbaycana yük gəmisi ilə gəldiyini xatırladıb: "Bəli, 2 gün gəmi ilə Aktaudan yol gəldim. İndi də eyni şeyi etməyə hazır idim. Amma mənə dedilər ki, bütün məsələləri özün həll et. Yoxladım, amma alınmır. Klub açıqlama verməli idi. Ondan sonra təyyarə ilə də uçmaq olardı. Lakin həmin açıqlama olmadı. Sonda komandadan ayrılmağa qərar verdim. Özümə qarşı münasibətdən məyus oldum".

Sultanovun sözlərinə görə, özünü Azərbaycanda legioner kimi hiss etməyib: "Azərbaycan Premyer Liqasının səviyyəsi Qazaxıstan çempionatından heç nə ilə fərqlənmir. Hətta bizdə daha güclüdür. Orada isə sadəcə meydan və bu kimi digər şərtlər əladır. Ölkə, insanlar yaxşıdır. Dilimiz oxşardır. Danışmaq çətin olsa da, hərşeyi başa düşürdüm. Komandada rusca danışmırdılar".

Futbolçu ölkə xaricindən təkliflərinin olduğunu bildirib. Lakin o, ad çəkmək istəməyib: "Agentlər çox yazırlar, amma konkret bir şey yoxdur".
 
Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X