Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun ilk oyun günündə keçiriləcək qarşılaşmalara maraqlı bir təyinat var.
Fanat.Az xəbər verir ki, gənc hakim Kamal Umudlu "Səbail" - "Neftçi" matçını idarə edəcək.
İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan 27 yaşlı referiyə bu il ilk turdaca baş hakim kimi etimad göstərilməsi alqışalayiqdi.
Cari mövsümdə iki qarşılaşmada söz sahibi olan Umudlu son olaraq 4-cü turda, sentyabrın 25-də keçirilən "Sumqayıt" - "Qarabağ" oyununda (2:2) baş hakim kimi meydana çıxıb.
Xatırladaq ki, Kamal Umudlu Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına cəlb olunmuşdu. 26 yaşlı referi Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilmə əməliyyatlarında fəal iştirak edib.
Fanat.Az