Milli komandamızın baş məşqçisi Berti Foqts Türkiyəyə gedir. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, alman çalıhdırıcı bu gün "Qarabağ"ın məşqini izləyəcək. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.
Qeyd edək ki, AFFA ilə Foqts arasında imzalanan yeni müqavilənin şərtlərinə əsasən alman çalışdırıcı klublarımızın təlim-məşq toplanışlarını keçirdiyi məkanlara baş çəkməli və hazırlıqlarını izləməlidi.
Fanat.az