17:35 21.01.2021 1215

Vətən müharibəsi qaziləri paralimpiyaçı olacaqlar

Milli Paralimpiya Komitəsin (MPK) və "Motivator Azerbaijan”ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.

MPK-dan Fanat.Az-a verilən məlumata görə, layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilib. Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərin qarşılarına qoyduğları məqsədə doğru irəliləməsində, sağlamlıqla olan problemlərə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

İlk növbədə görüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi qələbə sevincinə görə təşəkkür ediblər. Onlar qazilərimizi Vətən müharibəsindəki tarixi qələbə münasibətilə təbrik edərək, rəşadətli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğunu vurğulayıblar.

Komitənin vitse-prezidenti İlham Zəkiyev bildirib ki, müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də MPK-nın milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qaziləri var.

Baş katib Kamal Məmmədov bildirib ki, sağlamlıq imkanları məhdud olan qazilər Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. K.Məmmədov yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşada keçiriləcək mötəbər turnirlərdə qazilərin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həlli üçün böyük işlər görülür. Növbəti görüşlərə nazirliyik nümayəndəsi dəvət olunacaq.
 


Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov qazilərin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. F.Mansurov qeyd edib ki, MPK 25 il ərzində böyük uğurlara imza atıb. O, Gənclər və İdman Nazirliyinin daim MPK-ya dəstək olacağını vurğulayıb.

"Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov öz növbəsində Paralimpiya hərəkatına qoşulan qazilərin digər əlilliyi olan şəxslərə motivasiya verdiklərini vurğulayıb. O, qeyd edib ki, bu gün start verilən layihə uzunmüddətli olacaq və qazilərin paralimpiya hərəkatına cəlb edilmələrində daim MPK-nin yanında olacaq.

Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov MPK və "Motivator Azerbaijan” layihəsinin təşəbbüsünü yüksək qiymətləndirib qeyd edib ki, qazilər Paralimpiya hərəkatına qoşularaq peşəkar məşqçilərin köməyi ilə qısa bir zamanda müxtəlif idman növlərində uğurlara imza ata bilərlər.

Komitənin güllə atıcısı, aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq idmançı kimi xidmətini idman arenalarında davam etdirdiyini söyləyib və Vətən müharibəsinin qazilərinidə bu hərəkata qoşulmağa çağırıb.

Dövlətin şəhid ailələrinə və Vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilər qələbəyə güclü lider, xalqın birlik və həmrəyliyi sayəsində nail olduqlarını vurğulayıblar. Onlar Paralimpiya hərəkatına qoşularaq idman vasitəsilə ölkəni beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X