İspaniya La Liqasının 1-ci turundan təxirə salınan "Real”ın "Xetafe” ilə matçının yeni tarixi bəlli olub.
Fanat.Az xəbər verir ki, oyun əvvəldən nəzərdə tutulduğu kimi, fevralın 17-də deyil, 9-da keçiriləcək. Buna səbəb "Real”ın İspaniya kubokunda mübarizəni dayandırması olub. Qrafikində boşluq yarandığı üçün "Real”ın oyunu daha tez keçiriləcək.
Qeyd edək ki, "Real” İspaniya kubokunun 1/16 final mərhələsi çərçivəsində Sequnda B-də mübarizə aparan "Alkoyano”ya 1:2 hesabı ilə məğlub olub.
Fanat.Az