Vüqar Həşimovun ölümü ilə bağlı təfərrüatlar aydınlaşıb. Fanat.az xəbər verir ki, şahmatçımız müalicə olunduğu Almaniyada dünyasını dəyişib.
Bu barədə publika.az-a Azərbycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məlumat verib: "Əslində səhhətində ciddi təhlükə gözlənilmirdi. Amma dünən gecə qəflətən vəziyyəti pisləşib, həkimklər həyatını xilas edə bilməyiblər. Vüqar Həşimovun cənazəsi ya sabah, ya da birisi gün Azərbaycana gətiriləcək. Ailəsi ilə məsləhətləşdikdən sonra dəfn proqramı müəyyənləşdiriləcək".
Fanat.az