Azərbaycan Premyer Liqasının V turunda təxirə salınmış "Qarabağ” – "Səbail” görüşünün bütün təyinatları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Elşad Abdullayev və Kamran Bayramov köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.