16:36 27.01.2021 781

"Qəbələ"nin baş məşqçisi: "Şimali Makedoniyaya yaxşı nəticə üçün yollanacağıq"

"Püşkdən öncə potensial rəqiblərimizin kimliyini bilirdik. Hər şeyə hazırlıqlı idik".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov UEFA Gənclər Liqasının 1/32 final mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Əyalət təmsilçisi bu raundda Şimali Makedoniyanın "Şkendiya" klubunun müvafiq yaş üzrə komandası ilə qarşılaşacaq. 38 yaşlı mütəxəssis bildirib ki, rəqibin kimliyindən asılı olmayaraq, çətinlik çəkəcəklər: "Bilirsiniz ki, pandemiya ilə əlaqədar Azərbaycanda U-19 liqası keçirilmir, uşaqlar futboldan kənarda qalıblar. Hazırlıq səviyyəsi ilə bağlı problemi aradan qaldırmaq çətin olacaq. Amma bu turnirdə təcrübəmiz var. Komandanı oyuna yaxşı hazırlamağa çalışacağıq".

Xəlilov "Şkendiya" haqqında ətraflı məlumata sahib olmadıqlarını söyləyib: "Potensial rəqiblər arasında "Şerif" də var idi. Bizə tanış komandadır. 2018/2019 mövsümündə onları məğlub etmişdik. "Şkendiya" barədə isə ətraflı məlumatımız yoxdur. Bu gündən rəqibi analiz edəcəyik".

Baş məşqçinin sözlərinə görə, komandası avrokubok matçınadək yoxlama oyunu keçirəcək: "Əksər ölkələrdə çempionat başlayıb, komandalar 7-8 tur oynayıblar. Biz isə sonuncu rəsmi matçımızı ötən ilin martında keçirmişik. Sadəcə, bəzi yoxlama görüşlərində qüvvəmizi sınamışıq. Hazırda I Diviziondan "Zaqatala" və "Sumqayıt-2" ilə danışıq aparırıq. Alınsa, onlardan biri ilə oynayacağıq".

Xəlilov pandemiyanın səbəb olduğu səfər məhdudiyyətlərinə baxmayaraq, turnirdə iştirak edəcəklərini vurğulayıb: "Əvvəlcədən söz vermək çətindir. Çünki rəsmi matçlardan öncə koronavirus testindən keçməlisiniz. Onun nəticəsinə uyğun addım atılacaq. Amma 99 faiz deyə bilərəm ki, oynamaq istəyirik. Səfərə yaxşı nəticə üçün yollanacağıq".

Qeyd edək ki, "Şkendiya" - "Qəbələ" görüşü martın 2-si və ya 3-də keçiriləcək. Mərhələ bir görüşdən ibarət olacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

Facebookdan bizi izləməyi unutmayın.
X