Cari mövsümün geridə qalan iki dövrəsinin nəticələrinə əsasən turnir cədvəlində ikinci pilləni tutan və fasiləyə yollanan "Simurq"un əvəzedici heyəti Zaqatalada hazırlıqları davam etdirir. Fanat.az xəbər verir ki, Rövşən Babayevin yetirmələri gündə iki məşqlə hazırda əsasən fiziki gücün artırılmasında ibarət tapşırıqları yerinə yetirir.
Komanda yanvarın 14-dən yoldaşlıq görüşlərinə start verəcək. Əvəzedicilər Zaqatalada keçirilən təlim-məşq toplanışı çərçivəsində beş yoxlama oyununda gücünü sınaqdan keçirdəcək. "Sarı-qaralar"ın ilk rəqibi I divizion təmsilçisi olan "Karvan" olacaq. Yanvarın 16-da "Simurq" "Şəmkir"lə, 18-də "Ağsu"yla, 22-də "Energetik"lə qarşılaşacaq. Komanda son yoxlama oyununu isə yanvarın 25-də "Turan"la keçirdəcək.
Qeyd edək ki, "Simurq" həmçinin heyəti gücləndirməyədə çalışır. Baxışa dəvət olunan futbolçuların məşqçilər korpusunun qərarından sonra Zaqatala təmsilçisinin heyətində qalıb-qalmayacağı bilinəcək.
Fanat.az