"İnter" (indiki "Keşlə") və "Qəbələ"nin sabiq futbolçusu Nika Kvekveskiri karyerasını Polşada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi "Lex"ə keçib. Klubun rəsmi saytı 29 yaşlı oyunçu ilə bu ilin iyununadək müqavilə imzalandığını açıqlayıb. Müqavilənin şərtinə əsasən onun sazişi yayda daha 2 il uzadıla bilər.
Qeyd edək ki, Gürcüstan millisinin üzvü 2015-2016-cı illərdə "İnter"də, 2016-2017-ci illərdə isə "Qəbələ"də çıxış edib. Onun son klubu Qazaxıstan "Tobol"u olub.