"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer Cessi Linqard və Markos Roxonun komandadan ayrılacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Goal" Sulşerin sözlərini belə çatdırıb:
"Biz istəyirik ki, Cessi "Vest Hem"də nə dərəcədə yaxşı olduğunu göstərsin və kluba yaxşı formada qayıtsın. Linqard icarəyə veriləcək. Markosa gəlincə, o, Argentinaya qayıdacaq. Sadəcə, bəzi sənəd məsələlərini qaydaya qoymaq qalır".
Qeyd edək ki, Linqard bu mövsüm MY formasıyla cəmi 3 oyuna çıxıbsa, Roxo forma şansı qazanmayıb.
Fanat.Az