Türkiyə Superliqasında 22-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş reallaşıb.
Öncə "Yeni Malatyaspor” "Fatih Karagümrük”ü qəbul edib. Tərəflər "quru sülh"ə razılaşıb.
"Qalatasaray” isə bu mövsüm yaxşı təsir bağışlayan "Qaziantep”i səfərdə yenməyə çalışıb. İstanbul nəhəngi müqavimətlə qarşılaşsa da, qələbə qazanıb.
Türkiyə Superliqası
22-ci tur
29 yanvar
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
Qaziantep – Qalatasaray 1:2
Qollar: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.
30 yanvar
14:30 Kasımpaşa – Kayserispor
17:00 Başakşəhər – Hatayspor
17:00 Alanyaspor – Sivasspor
20:00 Fənərbaxça – Rizəspor
31 yanvar
14:30 Ərzurumspor – Ankaragücü
17:00 Gənclərbirliyi – Antalyaspor
17:00 Dənizlispor – Göztəpə
20:00 Beşiktaş – Trabzonspor