Dünyanın ən yaxşı 250 məşqçilərinin siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, mütəxəssislərin elo reytinqinə əsasən Pep Qvardiola planetin ən yaxşısıdı. İspaniyalının aktivində 2173 xal var.
Argentinalı Dieqo Simeone siyahıda 2-cidi - 2070 xal. İlk "üçlüy”ü cəmi 2 xal geri qalan portuqaliyalı Joze Mourinyo qapayır.
Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovdur. Onun hesabında 1551 xal var. 49 yaşlı mütəxəssis "250-lik”dən kənar qalıb.
Qeyd edək ki, qardaş Türkiyənin ən yaxşı təmsilçisi Fatih Terimdi. O, 1793 xalla dünyada 53-cüdü.