16:31 30.01.2021 812

Rəqibimizin baş məşqçisi: "Qadın hakim bizi incitdi"

"Matçın taleyi Anton Brunovskinin meydandan qovulması ilə həll olundu. Beynəlxalq oyunlarda bu cür hərəkəti qayda pozuntusu kimi qiymətləndirmirlər".

Fanat.Az xəbər verir ki, bunu futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsində Azərbaycana 1:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Matçın birinci hakimi İrina Velikanovanın idarəçiliyindən narazı qalan mütəxəssis qadın referilərin belə qarşılaşmalara buraxılmamalı olduğunu bildirib: "Rusiyalı referinin üçüncü hakim olmasına etiraz etməzdik. Amma dünən bütün oyunu məhv etdi və bununla da üstünlüyü rəqibə verdi. 2 dəqiqəni azlıqda oynamağa məcbur olduq".

Baş məşqçi məğlubiyyətə görə məyusluğunu gizlətməyib: "Təəssüf ki, hər şey belə alındı. Oyunçular da üzüldülər. Azlıqda qalanadək yaxşı müdafiə olunduq. Amma matçın sonlarına yaxın qollar buraxdıq. Üçüncü qol zamanı qayda pozuntusu var idi. Təəssüf ki, rəqib son saniyələrdə 4-cü topu da qapımızdan keçirdi. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardı və alqışı haqq etdi. Yenə deyirəm, referi bizi incitdi. Düzdür, kifayət qədər qol şansımız oldu, lakin yararlana bilmədik. Bəlkə də, məğlubiyyətdə bu amil də rol oynadı".

Komandanın futzalçısı Tomaş Draxovski isə deyib ki, matçda daha az səhv edən komanda qalib gəlib: "Oyunu udmaq üçün yaxşı imkanlarımız oldu. Amma sonda böyük hesabla uduzduq. Fasilədə öz-özümüzə dedik ki, çox yaxşı oynayırıq, şans yaradırıq, onları qola çevirmək lazımdır. İkinci hissəyə çıxanda qarşımıza qələbə hədəfi qoymuşduq".

Futzalçı da rusiyalı referinin yanlış qərar qəbul etdiyini söyləyib: "Düşünürəm ki, ikinci sarı vərəqəni göstərməyə də bilərdi. Bundan sonra komanda öz oyununu itirdi. Sonradan çox çalışsaq da, nəticədə məğlub olduq. Fikrimcə, bərabər səviyyəli oyun getdi. Heç-heçə daha ədalətli nəticə olardı".
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

16:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X