Türkiyə Superliqasında 22-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, şənbə günü daha üç görüş reallaşıb.
"Hatayspor”a son çempion "Başakşəhər”i səfərdə darmadağın edib. Heyətini Məsut Özillə gücləndirən "Fənərbağça” isə "Rizəspor”la ev oyununda minimal hesablı zəfərə sevinib. "Kasımpaşa” da evdə "Kayserispor”a uduzub.
"Alanyaspor” – "Sivasspor” matçı isə güclü yağış səbəbindən sabaha təxirə salınıb.
Türkiyə Superliqası
22-ci tur
29 yanvar
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
Qaziantep – Qalatasaray 1:2
Qollar: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.
30 yanvar
Kasımpaşa – Kayserispor 0:1
Qol: U.Demirok, 90+3.
Başakşəhər – Hatayspor 1:5
Qollar: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.
Alanyaspor – Sivasspor matçı təxirə salınıb
Fənərbağça – Rizəspor 1:0
Qol: Akkan, 45+1-öz qapısına.
31 yanvar
14:30 Ərzurumspor – Ankaragücü
17:00 Gənclərbirliyi – Antalyaspor
17:00 Dənizlispor – Göztəpə
20:00 Beşiktaş – Trabzonspor