"Barselona"nın argentinalı hücumçusu Lionel Messi futbolun şəxsi həyatındakı əhəmiyyətindən danışıb.
Fanat.Az "BarçaTimes"ə istinadən xəbər verir ki, futbolçu pulun ona ilham vermədiyini bildirib.
"Pul daha yaxşı yaşamağa imkan verir, amma o mənə ilham vermir. Mən futbol oynamaq üçün yaşayıram, onun maliyyə xeyrinə görə yox. Mən özüm üçün deyil, komanda üçün oynayıram", Messi deyib.