Türkiyə Superliqasında ən çox qırmızı vərəqə alan məşqçi Marius Sumudika "Caykur Rizespor”dakı debüt matçında da texniki zondan qovulub.
Fanat.Az xəbər verir ki, rumin mütəxəssis "Qaziantep”i çalışdırdığı vaxt bu mövsüm "Trabzonspor” və "Yeni Malatyaspor”la oyunlarda da "qırmızı” alıb.
Marius Sumudika dünən "Fənərbağça” ilə matçın 70-ci dəqiqəsində hakimə etirazlardan sonra cəzalandırılıb. Bununla da o, cari mövsümdə üçüncü dəfə qırmızı vərəqə görüb.
Maraqlıdı ki, bu mövsüm Superliqada meydandan 3 dəfə qovulan futbolçu olmayıb. Ən çox cəzalandırılan 6 futbolçunun hər biri 2 qırmızı vərəqə alıb.