2019/2020 mövsümündə "Qarabağ"da çıxış etmiş Ailton Silva özünə yeni klub tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Ekstrabladet" nəşri məlumat yayıb.
Xəbərə görə, Almaniyanın "Ştutqart" klubunun futbolçusu Danimarkanın "Midtüllan" komandası ilə anlaşıb.
26 yaşlı cinah müdafiəçisi mövsümün sonuna kimi icarə əsasında ölkə çempionunun formasını geyinəcək. "Midtüllan" bu keçid üçün qarşı tərəfə ödəniş etməyəcək.
Qeyd edək ki, "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"nin formasını geyinib.
Fanat.Az