"Trabzonspor” klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Qaradəniz klubu "Volfsburq”un futbolçusu Yunus Mallını heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2,5+1 şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Yunus "Volfsburq”da bu mövsüm iki oyuna çıxıb.
Fanat.Az