"Bilirəm ki, komanda yenilgidən sonra çox üzgündür".
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, bunu İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"a uduzan (0:1) "Tottenhem"in baç məşqçisi Joze Mourinyu deyib.
Çempionatda ardıcıl ikinci məğlubiyyətini alan hotspurluların portuqaliyalı çalışdırıcısı 20-ci turda - "Liverpul"la oyunda (1:3) zədələnən Harri Keynin yoxluğunu qabardıb:
"Futbolçuların əvəinə danışa bilmərəm. Amma mənə elə gəlir ki, onlar Keynin yoxluğunu aşkar şəkildə hiss edirlər. Oyunçulara Harrinin yerində oynatmağa başqası olmadığını mən demişəm. Bəli, həqiqətən də belədir".
Fanat.Az