"Sumqayıt”la yolları ayrılan futbolçu Kərəm Sultanov karyerasını Qazaxıstanda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Şaxtyor” klubunda baxışdadır.
Qazaxıstan mətbuatının yaydığı xəbərə görə, Kərəm, "Şaxtyor”un Türkiyədəki təlim-məşq toplanışına qatılıb. Müdafiəçi məşqçilər korpusu tərəfindən bəyənilsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Kərəm Sultanov 2020-ci ilin avqustundan 2021-ci ilin yanvarına qədər "Sumqayıt”da çıxış edib.
Fanat.Az