16:40 01.02.2021 966

Rəşad Sadıqov: "Onu yerli çempionatda yerinə yetirmək mənasızdır"

"Belə bir qol vəziyyətinin dünyada yaranma tarixini tam deyə bilmərəm. Bunu "ev tapşırığı" adlandırardım. Bildiyim qədərilə Vaqif Sadıqovun düşündüyü taktikadır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycansayağı künc zərbəsindən qolların ən çox müəllifi olan Rəşad Sadıqov deyib.

Hazırda "Zirə" klubunun baş məşqçisi olan 39 yaşlı mütəxəssis bildirib ki, baş məşqçilər bəzi ev tapşırıqlarını düşünərək, standart vəziyyətlər üçün hansısa hazırlıq görürlər. Lakin onun fikrincə, bu taktikaların heç də hamısı effektiv olmur, qarşısı asanlıqla alınır: "Bu, yeganə kompozisiya idi ki, Azərbaycanın həm klublarına, həm də millisinə çox xeyri və faydası dəyib. Mən gənc yaşlarımdan eşidirdim ki, bu taktikanın adı "bir"dir. "Bir" deyən kimi hamı bilirdi ki, iki nəfər topu buraxacaq, üçüncüsü isə qapıya zərbə endirəcək. Son zərbəni mənim endirməyimə səbəb o idi ki, gənc yaşlarımdan ayaqiçi zərbələri xoşlayıram. Elə olurdu ki, məşqçilər etimad göstərirdi, biz də ən yaxşı formada yerinə yetirməyə çalışırdıq. Bəzən də bu ev tapşırığından sonra önəmli qollara imza ata bilmişik".

Gənc mütəxəssisin sözlərinə görə, xaricdə iştirak etdiyi məşqçi kurslarında bu taktika haqqında söhbət olmasa da, ümumi müzakirələrdə standart vəziyyətlərdən istifadədən danışılır: "Sırf bu künc zərbəsi barədə danışmamışıq. Lakin son illər qarşıma çıxıb ki, bəzi beynəlxalq çempionatlarda da belə qol vəziyyətindən istifadə edilib. Daim bundan yararlanmaq olmur, çünki 1-2 dəfə istifadə edəndə rəqiblər əks-cavab kimi hazırlaşır. Biz "Qarabağ"da və millidə bu taktikanı daim istifadə etmirdik. Elədiyimiz ölkəyə və kluba qarşı ikinci dəfə sınamırdıq. Bizi yaxşı tanımayan komandalara qarşı istifadə edirdik. Üstündən bir müddət keçirdi, saxlayırdıq və çox vacib məqamlarda yararlanırdıq. Hesabda irəli olanda etmirdik. Futbolçular, məşqçilər olaraq, onu düşünülmüş şəkildə hər zaman əlimizdə saxlayırdıq. Çətin məqamlarda çalışırdıq ki, istifadə edək. Bəzi hallarda çox xeyirimizə olub və qollar vurmuşuq".

Sadıqov Azərbaycansayağı künc zərbəsindən Premyer Liqada istifadə edilməməsinin səbəbini də açıqlayıb: "Hamı bu kombinasiyanı bilir. Artıq birinci oyunçu topu buraxanda ikinci futbolçu onu "oxuyur". Hər hansı komanda tamamilə yeni gəlmiş legionerlərdən ibarət olsaydı, etmək olardı. Bu gün bir çox yerli futbolçu bunu əzbərdən bilir, bəzi legionerlər isə şahidi olub. Ona görə də hazırda onu yerli çempionatda yerinə yetirmək mənasızdır, alınacağı da sual altındadır".

Qeyd edək ki, Rəşad Sadıqov "Neftçi"də ikən UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab matçında Avstriyanın "Rid" klubuna bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilmiş görüşün ilk hissəsində künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstriyalıları məyus edib.

2008-ci ildə UEFA İntertoto Kubokunda "Neftçi" Slovakiya təmsilçisi "Nitra" ilə qarşılaşıb. Bakıda keçirilmiş ilk oyunda "Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Sadıqov vurub.

Azərbaycansayağı künc zərbəsindən ən yaddaqalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində milli komanda DÇ-2012-in seçmə mərhələsində Türkiyə yığmasına qalib gəlməyi bacarıb - 1:0. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilmiş görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topu kapitana buraxıb. Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salıb.

"Zirə"nin hazırkı baş məşqçisi "Qarabağ"ın kapitanı olduğu vaxt da Avropa Liqasında Azərbaycansayağı künc zərbəsini qolla tamamlayıb. O, 25 avqust 2016-cı ildə Bakıda İsveçin "Göteborq” klubunun qapısına yol tapıb.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

18:13

1-ci Liqada pley-off oyununun vaxtı bilindi

17:48

Həlledici oyunların yeri və vaxtı bilindi

17:29

"Atletik" baş məşqçisi ilə müqavilə yenilədi - RƏSMİ

17:10

"Anladım ki, uyğunlaşmasam, bir daha Çempionlar Liqasını qazana bilməyəcəm"

16:52

"Şamaxı"nın 7 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - AÇIQLAMA

16:34

"Həmin oyunçular milliyə dəvət olunmayacaqlar" - Fernandu Santuş

16:16

Azərbaycan millisinin heyəti açıqlandı

15:57

Entso Fernandesin aqibətinin necə olacağı dəqiqləşdi

15:36

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate turniri keçirildi

15:19

"Mənim "Real"la bağlılığım əbədidir" - Ançelottidən emosional vida

15:01

Deku Yamal üçün hansı klubun "Barsa"ya müraciət etdiyini dedi

14:43

Azərbaycan millisi seçmə mərhələyə İngiltərə üzərində qələbə ilə başladı

14:25

Füzuli Məmmədov "Karvan" üzərində qələbəni şərh etdi: "Hesab böyük ola bilərdi"

14:04

"Real" Ançelottinin getdiyini açıqladı

13:46

Azərbaycanın yeniyetmə basketbolçuları AÇ-nin hazırlaqlarına başladılar

13:28

Premyer Liqada mövsümün 5 tapıntısı - Suma da belə deyildi

13:10

Julio Baptista "Real"a qayıdır

12:51

Mareska ÇL uğrunda mübarizə və KL-in finalı barədə fikirlərini bölüşdü

12:33

"Bu turnirdə oynamaq bizim üçün böyük şərəfdir" - Xosep Qvardiola

12:14

"Müasir futbolda məni ən çox qıcıqlandıran..." - Klod Makelele

11:56

38 yaşlı Vardi La Liqa klubuna keçməyə yaxındır

11:38

“Qələbə Kuboku”: Azərbaycan boksçuları Rusiyada yarımfinala yüksəldi

11:20

Avropa Liqasında mövsümün komandası müəyyənləşdi

11:01

Ərəb şeyxi İngiltərə klubunu almaq istəyir - Danışıqlar başladı

10:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:23

Raul Qonsales "Real"dan ayrılmağa qərar verdi - Onu Madrid nəhənginin digər əfsanəsi əvəz edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X