01:28 02.02.2021 637

"Qalatasaray" legionerlərin transferini bitirdi - RƏSMİ

"Qalatasaray” daha öncə barələrində ictimaiyyətə informasiya verdiyi iki legionerin transferini bitirib.
 
Fanat.Az məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin "Nyukasl” klubunun sağ cinah müdafiəçisi Deandre Yedlinlə Portuqaliya "Benfika”sının yarımmüdafiəçisi Jedson Fernandesi, həmçinin  Misirin "Zamalek” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə Mustafanın 1,5 illik icarəyə götürüldüyü diqqətə çatdırılıb. 23 yaşlı hücumçunun icarəsinə görə Misir klubuna 2 milyon dollar ödəniləcək. "Qalatasaray” misirli futbolçunu satınalma şərti ilə icarəyə götürüb. Bu şərtin qüvvəyə minməsi üçün "sarı-qırmızılar”ın qarşı tərəfə daha 4 milyon dollar ödəməsi lazım gələcək. Məhəmməd özü bu mövsüm üçün yeni komandasından 400 min dollar məvacib alacaq. Növbəti mövsümdə onun qazancı 725 min dollar təşkil edəcək.
 
Deandre Yedlin birdəfəlik transfer olunub. ABŞ yığmasının da üzvü olan sağ cinah müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb. 27 yaşlı oyunçu azad agent kimi transfer edildiyinə görə, "Nyukasl”a heç bir təzminat ödənilməyəcək. Yedlin bu mövsüm "Qalatasaray”dan 350 min avro məvacib alacaq. Sonrakı iki mövsümdə isə onun qazancı hər ilə 1 milyon 150 min avro təşkil edəcək.
 
Jedson Fernandes isə mövsümün sonuna kimi icarəyə götürülüb. "Qalatasaray” bu keçidə görə "Benfika”ya 500 min avro icarə haqqı ödəyəcəksə, futbolçunun özünə yarım mövsüm üçün 650 min avro verəcək.
 
Deandre Yedlin 2016-cı ildən "Nyukasl”da çıxış edirdi. 27 yaşlı sağ cinah müdafiəçisi karyerasına ABŞ-da başlasa da, 2014-cü ildən üz tutduğu İngiltərədə "Tottenhem” və "Sanderlend”in də uğurları üçün çalışıb. O, ABŞ yığmasında 62 oyun keçirib.
 

 
"Benfika”nın öz yetirməsi olan Jedson Fernandes, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümün qış fasiləsi dönəmində İngiltərənin "Tottenhem” klubu tərəfindən icarəyə götürülmüşdü. Fernandes Portuqaliyanın əsas millisində 2 rəsmi oyuna çıxıb.
 
Sonda onu da qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray”da "31”, Deandre Yedlin "22” nömrəli formanı geyinəcək. Jedson Fernandesin forma nömrəsi isə hələlik, açıqlanmayıb.
 
Yeri gəlmişkən, "Qalatasaray” öz futbolçularından Emin Bayramı da "Boluspor”a icarəyə göndərib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. 18 yaşlı stopper mövsümün sonuna qədər TFF 1-ci liqa təmsilçisinin uğurları üçün çalışacaq.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X