"Real”ın prezidenti Floreintino Peres koronavirusa yoluxub.
Fanat.Az "Marca”ya istinadən xəbər verir ki, futbol funksionerinin koronavirus testi pozitiv çıxıb. Artıq karantinə alınan Peresin müalicəsinə başlanılıb.
Qeyd edək ki, "Real”ın baş məşqçisi Zinəddin Zidan da hazırda koronavirusdan əziyyət çəkir.