Türkiyə Superliqasında 23-cü tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 görüş reallaşıb.
Lider "Fənərbağça” "Hatayspor”u səfərdə yenib. Son çempion "Başakşəhər” isə "Qalatasaray”la üz-üzə gəlib. İstanbul derbisində "aslanlar" rəqibini darmadağın edib. Günün son oyununda "Rizəspor” "Kasımpaşa” ilə qollu bərabərliyə razılaşıb.
Türkiyə Superliqası
23-cü tur
2 fevral
Hatayspor – Fənərbağça 1:2
Qollar: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.
Qalatasaray – Başakşəhər 3:0
Qollar: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.
Rizəspor – Kasımpaşa 1:1
Qollar: D.Erdoğan, 85 – Telin, 90+1.
3 fevral
15:30 Sivasspor – Ərzurumspor
17:00 Fatih Karagümrük – Qaziantep
17:00 Kayserispor – Alanyaspor
20:00 Antalyaspor – Beşiktaş
20:00 Konyaspor – Gənclərbirliyi
4 fevral
17:00 Göztəpə – Yeni Malatyaspor
20:00 Trabzonspor – Dənizlispor