"Real"da ümidləri doğrultmayan Eden Hazarın sağlıq durumundakı problemə aydınlıq gəlib.
Fanat.Az İspaniya klubunun saytına istinadən xəbər verir ki, ağrılar üzündən Madrid təmsilçisinin son məşqinə qatılmayan belçikalı tibbi müayinədən keçib.
Onun sol bud əzələsində zədə aşkarlanıb. Forvardın bərpa müddəti haqda məlumat verilməyib.
Hazar "Real"a 2019-cu ilin yayında "Çelsi"dən transfer olunub. İspanlar bu keçidə görə qarşı tərəfə 100 milyon avrodan artıq pul ödəyib. Bu mövsüm cəmi 8 çempionat matçında meydana çıxan 30 yaşlı oyunçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.