Türkiyə Superliqasında 23-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha beş duel reallaşıb.
"Sivasspor” – "Ərzurumspor” və "Konyaspor” – "Gənclərbirliyi” qarşılaşmaları qolsuz bərabərliklə bitib. "Kayserispor” – "Alanyaspor” matçında isə qollu heç-heçə qeydə alınıb.
"Fatih Karagümrük” "Qaziantep” üzərində inamlı qələbəyə sevinibsə, turnir cədvəlinin ikincisi - "Beşiktaş” "Antalyaspor”u səfərdə uda bilməyib.
Türkiyə Superliqası
23-cü tur
2 fevral
Hatayspor – Fənərbağça 1:2
Qollar: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.
Qalatasaray – Başakşəhər 3:0
Qollar: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.
Rizəspor – Kasımpaşa 1:1
Qollar: D.Erdoğan, 85 – Telin, 90+1.
3 fevral
Sivasspor – Ərzurumspor 0:0
Fatih Karagümrük – Qaziantep 2:0
Qollar: Ndao, 58. Borini, 64.
Kayserispor – Alanyaspor 1:1
Qollar: Maqliça, 54 – Tsavellas, 79.
Antalyaspor – Beşiktaş 1:1
Qollar: Bayrakdar, 39 – Vida, 73.
Konyaspor – Gənclərbirliyi 0:0
4 fevral
17:00 Göztəpə – Yeni Malatyaspor
20:00 Trabzonspor – Dənizlispor