"Sauthempton"un yarımmüdafiəçisi Aleksandr Yankevits İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"ə 0:9 hesabıyla uduzduqları matçdan sonra sosial şəbəkələrdə irqçi təzyiqlərə məruz qalıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, polis "Sauthempton"un müraciətindən sonra araşdırmalara başlayıb.
Qeyd edək ki, ilk dəfə start heyətdə meydana çıxan 19 yaşlı isveçrəli oyunçu 2-ci dəqiqədə Skott Maktominaya qarşı kobudluq etdiyinə görə meydandan qovulmuşdu.