"Yuventus" Kriştianu Ronalduya yeni müqavilə təklif etməyə hazırlaşır.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, turinlilər superulduzun müddəti 2023-cü ilə qədər olan anlaşmaya qol çəkməsini istəyir.
Mənbə maliyyə şərtləri barədə məlumat verməyib.
Bu mövsüm "Yuventus" formaısyla 23 oyuna çıxan Ronaldu 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Fevralın 5-də 36 yaşı tamam olacaq portuqaliyalının İtaliya təmsilçisi ilə olan indiki anlaşmasının müddəti 2022-ci ilin yayında, dəqiqləşdirsək, 30 iyun tarixində başa çatacaq.
Fanat.Az