Türkiyənin "Rizəspor” klubu heyətini yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə Rizə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komanda "Balıkəsirspor”un gənc hücumçusu Celal Emir Dedeni rənglərinə bağlayıb. 20 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Balıkəsirspor”un öz yetirməsi olan Celal Emir Dede 2019-cu ildən klubun əsas komandasında çıxış edirdi.
Fanat.Az