"Liverpul” klubu Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Leyptsiq”lə oyundan əvvəl məhdudiyyətlə üzləşib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisinin Almaniyaya girişinə icazə verilməyib.
Buna səbəb sözügedən ölkədə koronavirusla bağlı qoyulan yeni məhdudiyyətlərdir.
Almaniya hökuməti koronavirusun yeni mutasiyasının yayılmasının qarşısını almaq məqsədilə fevralın 17-nə qədər bu növün daha çox yayıldığı ölkə vətəndaşlarının Almaniyaya girişinə qadağa qoyub. Bu ölkələr arasında İngiltərə də var.
"Leyptsiq” klubu "Liverpul” ölkəyə girişinə icazə verilməsi üçün müraciət etsə də, onların istəyi rədd olunub. "Leyptsiq” fevralın 8-nə qədər "Liverpul”u Almaniyada qəbul edib-etməyəcəyiylə bağlı UEFA-ya rəsmi məlumat verməlidir.
Qeyd edək ki, "Leyptsiq” – "Liverpul” matçı fevralın 16-da keçirilməlidir.
Fanat.Az