İtaliyanın "Napoli” klubunun heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə A seriyası təmsilçisi rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, komandanın müdafiəçisi Fauzi Qulamın testinin nəticəsi pozitiv çıxıb. Əlcəzair millisinin üzvü dərhal karantinə alınıb.
Qeyd edək ki, "Napoli” A seriyasının XXI turu çərçivəsində fevralın 6-da "Cenoa”nın qonağı olacaq.
Fanat.Az