İtaliyanın "Latsio" klubunun idman direktoru İqli Tare pitbul itinin hücumuna məruz qalıb.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb.
Hadisə nəticəsində onun iki kiçik itindən biri ölüb, digəri isə itib. 47 yaşlı funksioner isə yüngül xəsarətlər alıb.
Pitbulun zəncirsiz olduğu və hasarı keçərək hücum etdiyi bildirilib. Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
Fanat.Az