"Qarabağ" Azərbaycan kubokunun 1/4 finalında "Qəbələ" ilə keçiriləcək oyunun hazırlığını başa vurub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün məşqləri yekunalaşdıraraq Qəbələyə yollanıb.
Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Fanat.Az