Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan növbəti dəfə zədələnən Eden Hazarın durumundan danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" Zizunun söylədiklərini belə çatdırıb: "Azarın tez-tez zədələnməsi sadəcə, bəxtsizlikdir. Bu, hər kəsin başına gələ bilər. Hazar formada olmaq üçün əlindən gələni edir. Amma təəssüf ki, heç kim zədələrdən sığortalanmayıb. İstənilən halda, nikbin olmalıyıq. Məncə, müəyyən vaxtdan sonra o özünü ən yaxşı tərəfdən göstərə biləcək. Böyük ehtimalla, iki-üç həftədən sonra meydana çıxmağa hazır olacaq. Özü bunu hamıdan çox istəyir. Bir daha zədələnməyəcəyinə ümid edirəm".
Qeyd edək ki, bu mövsüm bütün turnirlər daxil olmaqla, "Real" formasıyla 13 matça çıxan Eden 3 qol vurub.