Noyabrın 8-də sol dizindən əməliyyat olan Ansu Fatinin bərpa prosesi arzuolunan səviyyədə getmir.
Fanat.Az xəbər verir ki, "Barselona"nın 18 yaşlı futbolçusu ötən ayın sonlarında məşqlərə başlasa da, fərdi proqram üzrə tədricən artırılan yükləmələrə pis reaksiya verib.
"Diario Sport" zədənin yerinə maye yığıldığını və bu üzdən futbolçunun martın sonlarında sıraya dönə biləcəyini yazıb.
Qeyd edək ki, İspaniya millisində də 4 oyun keçirməyə imkan tapan Fati zədələnənə qədər "Barselona"nın start "11-liy"inə düşürdü.
Fanat.Az