"Nim" klubu baş məşqçisi Jerom Arpinonu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandanı müvəqqəti olaraq Paskal Plankın çalışdıracağı bildirilib.
Qeyd edək ki, ötən ilin iyunundan Arpinonun rəhbrəliyi altında çıxış "Nim" hazırda Fransa çempionatında sonuncu yerdədir. Komanda 22 matçda 4 qələbə qazanıb və 3 dəfə heç-heçə edib, 15 dəfə uduzub.
Fanat.Az