"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"a 0:3 hesabı ilə uduzaraq kubokla vidalaşıb.
Fanat.Az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev məğlubiyyətə şərh verib.
"Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın liderinə qarşı çıxış etdik. Bu rəqiblə imkan verdiyi qədər oynamaq mümkündür. İlk matçımız daha dinamik keçmişdi. Rəqibin cavab görüşünə daha ciddi hazırlaşdığı görünürdü, bizə hücum etməyə imkan vermirdilər. Pressinq edirdilər və pressinqdən çıxmaq çətin idi. "Qarabağ" favorit idi və layiqli qələbə ilə mərhələ adladı", deyə 41 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə də "Qarabağ" qalib gəlib - 3:1.
Fanat.Az