Türkiyə Super Liqasının XXIII turunda "Fənərbağça" ilə oyundan sonra "Qalatasaray"ın heyətində ciddi itki yaranıb.
Fanat.Az xəbər verir ki, derbi matçında "sarı-qırmızılar"ın iki futbolçusu sıradan çıxıb.
Bunlar Marselo Saraççi və Martin Linnesdir. Onlar iki həftəyədək komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Qalatasaray" səfərdə "Fənərbağça"nı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az